

Mahmudov Vüqar Cəsarət oğlu 01.04.1981-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 14 saylı orta məktəbdə orta təhsilini almış, 1998-ci ildə Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olmuşdur. 2004-2005-ci illərdə A. T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserində internatura kursu, 2006-2008-ci illərdə RF.Kazan şəhəri Tibb Universitetinin Onkoloji Kafedrasında Ordinatura kursu kecmişdir. 2009-2012-ci illərdə ATU Onkoloji Kafedrasında Aspirantura kursu keçmiş, həkim-aspirant kimi fəaliyyət göstərib, elmi -tədqiqat işləri ilə məşğul olmuşdur. 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universiteti İstanbul Tibb fakültəsində 'süd vəzi üzrə təkmilləşmə kursu' keçmiş və süd vəzi onkoplastik cərrah kimi təkmilləşmişdir. 2014-2015-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul şəhərində Şişli Memorial xəstəxanasında süd vəzi üzrə onkoplastik cərrah kimi fəaliyyət göstərib. 2015-ci ildən hazırki dövrə kimi isə Mərkəzi Gömrük Hospitalında onkoloq - mammoloq, süd vəzi üzrə onkoplastik cərrah kimi fəaliyyət göstərir .
.
Təcrübəli onkoloq-mammoloq Vüqar Mahmudov öz bilik, bacarıq və təcrübələrindən istifadə edərək sizə sağlam və gözəl həyat bəxş edəcək.
Onkoloq-Mammoloq Vüqar Mahmudov cavabladı
Kista əməliyyatına ehtiyac yoxdur. Əgər kistalar böyükdürsə sadəcə iynə vasitəsilə aspirasiya olunur
Xeyr. Kistalar heç zaman xərçəngə çevrilmir.
Süd vəzi ilə bağlı ağrılar 2 qrupa bölünür. Menstruasiya ilə bağlı ağrılar və bağlı olmayan ağrılar. Birinci qrup ağrılar aybaşıdan 5 gün öncə və sonra baş verir və təbii prosesdir. İkinci qrup ağrılar zamanı isə terapevtik müalicəyə ehtiyac vardır
Ağrılar xərçəngin deyil, süd vəzilərin ümumi ağrılarıdır. Xərçəng ağrı verməz.
Fibroadenomalar heç zaman xərçəngə çevrilmir, xoşxassəli törəmələrdir, əsasən hormonal pozğunluqlar fonunda əmələ gəlir.