
Süd vəzi nədir və niyə böyüyür? Süd vəzi kiçiltmə əməliyyatı niyə edilir, zərərləri varmı? - 2022
Çox böyük süd vəzisi olan qadınlar həqiqətən çox diqqət çəkirlər. Amma bu həddindən artıq olduqda narahatedici bir vəziyyətdir. Elə qadınlar var ki, çölə çıxmaqdan çəkinirlər
Böyük süd vəziləri qadınlarda çox mühüm sosial və sağlamlıq problemlərinə səbəb olur. Onların arasında ən mühümləri;
Süd vəzisi altındakı yaralar, səpgilər
Bel ağrısı, boyun ağrısı
Büstqalter tapmaqda çətinlik
Çiyinlərdə erkən çökmə
İdman fəaliyyətlərində iştirak edə bilməmək
Paltar tapmaqda çətinlik çəkmək
Böyük süd vəzi səbəbiylə kök görünmə vəziyyəti
Boyun, bel və çiyin ağrıları.
Psixoloji depressiyanı saymaq belə istəmirəm.
Niyə süd vəziləri böyüyür?
Məlumdur ki, döş toxumasının böyüməsi daha çox ailəvi xarakter daşıyır. Çəki artımı, doğuş və əmizdirmə süd vəzilərinin ölçülərinin artmasına və sallanmasına səbəb olur.
Süd vəzi kiçiltmə necə aparılır?
Süd vəziləriniz eyni ölçüdə olmaya bilər. Süd vəzi kiçiltmə əməliyyatında simmetriyanı təmin etmək üçün hər iki döşə fərqli cərrahi üsulların tətbiq edilməsi lazım ola bilər.
Süd vəzi kiçiltmə əməliyyatı orta hesabla 2,5 saat çəkir. Əməliyyat ümumi anesteziya ilə aparılır. Əməliyyatdan sonra xəstəxanada qalma müddəti adətən 1 gündür. İndi müasir tibb texnologiyasında əməliyyatlar çox asanlaşıb.
Əvvəlki kimi sadə əməliyyatda belə, günlərlə xəstəxanaya yerləşmə olmur. Ən ağır əməliyyatlarda belə xəstəni ertəsi gün evə buraxırıq. Artıq çəkisi olmayan və daha gənc xəstələrin əksəriyyəti əməliyyat olunduğu axşam evə buraxıla bilər.
Leave your thought here