
Süd vəzi xərçəngi necə bir xəstəlikdir?
Süd vəzi xərçəngi
Ancaq qadınlarda görülən xəstəlik deyil. Bu xəstəliyin indiki dövrdə daha geniş yayılmasının əsas səbəbi şəhərtipli yaşayış tərzinə üstünlük verilməsi, fiziki sabitlikdir (idmandan uzaq olmaq, tənbəllik).
Süd vəzi xərçəngi niyə yaranır?
Qadının süd vəzilərində geniş damar və limfa şəbəkəsi, geniş piy toxuması olduğundan yaşanılan hər hansı hormonal və digər problemlər dərhal süd vəzilərinə təsir göstərir. Süd vəzi toxumasında yaranan şişlərin bir çox növü mövcuddur. Onların arasında isə hormonlardan tez təsirlənən və ya hormonlarla heç əlaqəsi olmayan hüceyrələr var.
Süd vəzi xərçənginin yaranma səbəbləri müasir dövrün yaşayış tərzindən qaynaqlanır. Bu səbəblər içərisində çox riskli olanlar haqqında məlumatlı olmaq sağlamlığınızı qorumaq üçün əhəmiyyətlidir. (Süd vəzi xərçəngi əlamətlərini öyrənmək üçün: https://mammoloqcerrah.az/bloq/sud-vezi-xercenginin-simptomlari-nelerdir-ve-sud-vezi-xercenginden-qorunma-usullari-varmi/ )
Süd vəzi xərçəngi hansı yaş dövründə təhlükəlidir?
Bu xəstəliyə tutulma təhlükəsi ən gec mak. 60-67 yaş aralığında olur, 40 yaşdan sonra əlamətlər meydana gələ bilər. 30 yaşdan aşağı çox az hallarda rast gəlinir (xəstəliyi sürətləndirən təsirlər olduqda).
Hiyləgər xəstəlikdir. Gizli irəliləyir, ağrı vermir, buna görə də xəstələr xərçəng yarandıqdan xeyli müddət sonra da həkimdən və müalicədən uzaq qalırlar. Bədxassəli şişlərdə bədən reaksiya vermir, ağrı hiss olunmur, ona görə də müəyyən yaşdan sonra mütəmadi müayinə vacibdir.
Profilaktika mümkündür?
100% zəmanətli profilaktika olmasa da, ildə bir dəfə müayinə üçün mütləq həkimə müraciət olunmalıdır.
Zərərli vərdişlərdən, sağlamlıq üçün təhlükə yaradacaq həyat tərzindən uzaq olmaq lazımdır.
Leave your thought here