
Süd vəzi xərçəngi xəstəliyinin mərhələləri
Süd vəzi xərçəngi nədir?
Bu xəstəliyə ən çox qadınlarda rast gəlinir. Döşlərdə hər hansı sərtlik, şiş, kütlənin aşkarlanması süd vəzi xərçəngi əlamətləri sırasında yer alır.
Süd vəzi xərçəngi - xəstəliyin yaranmasında başlıca risklər:
- qadın olmaq, (qadın cinsinin nümayəndələrində xəstəlik riski daha çoxdur)
- 50-70 yaş aralığında və menopoz dövründə olmaq,
- heç uşaq dünyaya gətirməmək,
- ilk doğumu 30 yaşdan sonra həyata keçirmək,
- doğuş olsa belə körpəyə heç süd əmizdirməmək,
- ailədə (nənə-baba və s.) genetik risklər,
- uzun müddət hormonal müalicə almaq,
- gün ərzində çox az fiziki hərəkətdə olmaq,
- siqaret istifadəsi,
- daha əvvəl sağalmış xərçəng xəstəliyi,
- çox kilolu olmaq (xüsusilə, menopoz dövründən sonra)
Xəstəliyin mərhələləri
İlk zamanlar bu xəstəlik yayılma göstərmir, gizli şəkildə irəliləyir.
1-ci mərhələ. Xərçəng yayılmağa başlayır. Ölçüsü 2 sm-dən balacadır və döşlərdə məhdudlaşır.
2-ci mərhələ. Qoltuqaltı limfa vəzilərinə yayılır, bu iki müxtəlif şəkildə baş verə bilər.
- şiş 2 sm böyüklüyündə (və ya kiçik ölçüdədir) qoltuqaltı limfa vəzilərinə sıçrayıb,
- şiş 2-5 sm (əsasən, 5 sm-dən kiçik) ölçüdədir, limfa vəzilərinə sıçramamışdır.
Bəzən ola bilər ki, 5 sm-dən böyük olsun və yenə də qoltuqaltı hissəyə yayılmasın.
3-cü mərhələ. Şiş limfa vəzilərinə yayılmışdır.
4-cü mərhələ. Xərçəng başqa orqanlara yayılmağa başlayır (beyin, ağciyər, qaraciyər və s.)
Müayinə və müalicə
Xərçəngin müalicəsi zamanı xəstəliyin hansı mərhələdə olmasının dəqiq diaqnozu vacibdir. Bu, sonrakı addımları tez müəyyənləşdirmə, effektiv müalicəyə zəmin hazırlayır.
Müayinə nə qədər tez-tez olmalıdır? 20 yaşdan etibarən hər ay sadə üsullarla (ev şəraitində mümkündür) döş simmetriyasının yoxlanması, dəridə hər hansı şişliyin olub-olmamasını yoxlamaq məsləhət görülür. Ümumiyyətlə isə 20-40 yaş aralığında hər üç ildən bir, 40 yaşdan sonra isə ildə bir dəfə klinik müayinə mütləqdir.
Leave your thought here