+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • Feb. 15, 2023

Süd vəzi xərçəngində müalicə metodları

Süd vəzi xərçəngi necə meydana gəlir?

Xərçəng xəstəliyi bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları bölgəni, həm də ona yaxın hissələri zədələməsi nəticəsində yayılan xəstəlikdir. Xərçəng gizli bir şəkildə inkişaf edən xəstəlikdir. Xərçənglə ən yaxşı mübarizə forması onun haqqında məlumatlı olmaq, həkim müayinələrindən keçmək və sağlam həyat tərzinə davam etməkdir.

Süd vəzi xərçəngində hansı müalicə metodlarından istifadə olunur?

Bu metodlar xəstəyə uyğun bir şəkildə tətbiq olunmalıdır. Bəs süd vəzi xərçənginin müalicəsi zamanı hansı üsullardan geniş istifadə olunur? Ən çox tətbiq edilən müalicə metodları:

1. Əməliyyat, zəruri hallarda  isə mastektomiya emeliyyatı. Mastektomiya əməliyyatı zamanı döş tamamilə götürülür.

2. Kemoterapiya. Bu müalicə növü əməliyyatdan əvvəl və ya sonra tətbiq olunmaqdadır.

3. Radioterapiya. Radioterapiya  radiasiya dalğaların və ya hissəciklərin daşıdığı xüsusi bir enerji növüdür. Bu müalicə üsulu qoruyucu cərrahiyyə tətbiq olunmuş döşlərdə, eyni zamanda yaxındakı limfa düyünlərində yenidən xərçəng yayılmasının qarşısını almaq üçün tətbiq olunur.

Süd vəzi xərçəngi ilə mübarizə

Süd vəzi xərçəngi əlamətlərini hiss etməsəniz də nəzərə alın ki, qadınlar arasında geniş yayılan bu xəstəlik hər qadın üçün risk daşıyan bir xəstəlik növüdür. Ona görə də özünüzü qoruyun və ildə ən azı bir dəfə müayinə üçün həkimə müraciət edin.

 

Leave your thought here

Diqər Bloqlar