
Süd vəzi xərçəngindən qoruyan qidalar
Süd vəzi xərçəngi nədir?
Bu xəstəlik əsasən qadınlarda müşahidə olunur. Süd vəzi toxumasını təşkil edən bir hüceyrə qruplarından hər hansı birinin dəyişkənliyə uğraması və kəskin şəkildə artması prosesi nəticəsində yaranır.
Süd vəzi xərçəngi əlamətləri. Bu əlamətlərə aşağıdakılar daxildir:
- Döşlərdə əllə hiss edilə bilən sərtliyin və ya kütlələrin olması,
- Qızarıqlıq, ekzema, yara, qabıqlanma və ya çatlama,
- Döşlərdə şişlik,
- Qoltuq altlarında sərtlik və ya şişliyin olması,
- İki döş arasında assimetriya,
- Səbəbsiz ağrıların (aybaşı dövründə olan ağrılardan fərqli olaraq) hiss olunması və s.
Süd vəzi xərçəngindən qorunmağın bir sıra yolları mövcuddur.
Unutmayın ki, ilk növbədə sağlam qidalanma sizi mühafizə edir. Bu məqsədlə süd vəzi xərçənginə tutulmaq riskinizi xeyli azaldacaq qidalardan bəhs edəcəyik:
1) C vitaminindən çox istifadə edin. Portağal, qreyfurt kimi meyvələrin qida siyahınızda mütləq olmasını tövsiyə edirik.
2) Balıq yeyin, ancaq onu düzgün şəkildə istifadə etməyi öyrənin. Belə ki, həftədə 1-2 dəfə balıqla qidalanmalısınız. Lakin qızartma halında deyil, buxarla bişirərək yeməyiniz tövsiyə olunur.
3) Zeytunyağı E vitamini ilə zəngin olduğundan həm xəstəliyə tutulmanızın qarşısını alacaq, həm də immun sisteminizi gücləndirəcək.
4) Sarımsaq qoxusuna və dadına görə bir çoxlarının sevmədiyi qida olsa da düşünsək ki, o sizi sağlamlığınızdan uzaqlaşdırmayacaq, dadmağa dəyər. Çox tez-tez olmasa da olar, əsas odur ki, sarımsaqdan istifadə etməyi qətiyyən unutmayın.
5) Azyağlı qatıq istidə edin. Bu həm də həzm sistemini, bağırsaqlara yaxşı təsir göstərir, azyağlı qatıqdan istifadə vagina infeksiyalarından da sizi qoruyacaq.
6) Pomidor, çiyələk və böyürtkən kimi meyvələr daimi qida siyahınızda üstünlük təşkil edərsə, siz süd vəzi xərçəngindən xeyli uzaqlaşmış olacaqsınız.
Leave your thought here