+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • June 15, 2022

Süd vəzi xərçənginin simptomları nələrdir və süd vəzi xərçəngindən qorunma üsulları varmı?

 

Xərçəng süd vəzi içində zamanla böyüyür. Erkən mərhələdə hər hansı bir əlamət verməsə də, daha sonra simptomların görünməsi mümkündür.

Sonra isə eyni tərəfdə olan qoltuqaltı limfa düyünlərinə doğru yayılır və bu vəzilərin böyüməsinə səbəb olur.

Süd vəzisi xərçənginin əlamətlərinin çoxunu şəxslər özləri tapır. Xərçəng kütlələri nisbətən sərtdir, kənarları qeyri-bərabərdir, kobud görünür və döş toxuması içərisində asanlıqla hərəkət edə bilməz.

Süd vəzi xərçənginin simptomları;

Süd vəzidə hiss olunan sərtlik və ya kütlə,
Son zamanlarda iki süd vəzisi arasında yaranan asimmetriya,
məmə və ya süd vəzi dərisinin içəriyə doğru çəkilməsi,
Süd vəzidə qızartı, yara, ekzema, qabıqlanma, çatlama,
Süd vəzidə portağal qabığına bənzər görünüş,
Süd vəzinin qeyri-adi şişməsi və ya ölçüsündə artım,
Menstruasiya zamanı süd vəzidə fərqli xarakterli ağrı,
Süd vəzidən gələn axını, xüsusilə çəhrayı, qırmızı rəngdə
Qoltuqda sərtlik, şişlik və ya kütlə.


Süd vəzi xərçəngindən qorunmaq üçün bunlara əməl edin

Həftədə ən az 3 saat idman edin.
Radiasiyadan çəkinin.
Doğuşu 30 yaşdan sonra təxirə salmayın.
Körpənizi mümkün qədər uzun müddət əmizdirin.
Alkoqol istifadəsini məhdudlaşdırın.
Çəkinizə nəzarət edin.

Bütün digər xərçənglərdə olduğu kimi, süd vəzi xərçəngində də təxirə salma müalicənin uğurlu olmasına maenədir.  
Özünüzdə yuxarıdakı dəyişikliklər müşahidə olunursa, mütləq həkimə müraciət edin

 

Leave your thought here

Diqər Bloqlar