
Diabet riskini azalt, xərçəngə qalib gəl
Şəkərli diabet və xərçəng. Diabetdən qorunmaq üçün aldığınız tədbirlərin, əslində, xərçəngdən də qoruduğunu bilirdinizmi?
Son illərin araşdırmalarına görə diabet xəstəliyində tətbiq edilən pəhrizin həm süd vəzi xərçəngi riskini, həm də süd vəzi xərçənginə bağlı ölüm riskini azaltdığı aşkarlanmışdır. Süd vəzi xərçəngi əlamətləri aşkarlandıqdan sonra xəstəyə tövsiyə olunan pəhriz tam yerinə yetirilərsə, bu, xəstəlikdən ölüm riskini 20-30% azalda bilər.
Diabet pəhrizi. xərçəngdən qoruya bilər? Hətta bütün dünyada məşhur Harvard Universitetinin (Universitetin Tibb Fakültəsinin) təsdiqlədiyi faktlardan biri də budur ki, süd vəzi xərçəngi ilə bağlı elmi araşdırmaların birində süd vəzi xərçəngi xəstələrinə diabet xəstələri üçün olan şəkər istifadəsini məhdudlaşdıran pəhrizin tövsiyə olunması ilə müsbət nəticələr əldə olunmuşdur.
Qeyd olunur ki, şəkərli diabet xəstələrində daha sonralar süd vəzi xərçənginin aşkarlanması, süd vəzi xərçəngi xəstələrində də bir müddət sonra şəkər xəstəliyinin meydana çıxması çox görülmüş əlamətlərdəndir.
Müalicə. Müalicənin əsasına və müsbət nəticəsinə təsir edən əsas amil düzgün planlanmış pəhrizin xəstə üçün qəbul olunmasıdır. Xəstə sağalacağına inanmalı, həkimlə tez-tez əlaqədə olmalı, müalicə mərhələlərini tamamlamalıdır.
Gördüyünüz kimi, süd vəzi xərçəngindən özünüzü mühafizə etməklə həm də şəkərli diabetə qalib gəlmiş olacaqsınız, eyni zamanda, bunun əksi olaraq diabet xəstələri üçün nəzərdə tutulmuş pəhrizi tətbiq etməklə hər iki xəstəliyə qalib gələ bilərsiniz.
Süd vəzi xərçəngi əlamətləri, süd vəzi xərçəngi ağrıları – xəstəliklər sizdən uzaq olsun deyə sağlamlığınızın təməli olan qidalanma rejiminizi dəyişin.
Leave your thought here