+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • March 31, 2022

Fibroadenoma nədir? | Fibroadenoma nədən yaranır? | Fibroadenomanın əlamətləri və müalicəsi - 2022

Fibroadenoma nədir?

Fibroadenoma- xoşxassəli süd vəzi şişidir. Zamanla böyüyən və digər orqanlara yayıla bilən süd vəzi xərçəngindən fərqli olaraq, fibroadenoma yayılmır və döş toxumasında qalır. Bu şişlər əsasən 1-2 sm ölçüdədir. Ancaq nadir hallarda 5 sm-dən çox ola bilər. Bu şişlər dərinin altında hərəkət edən mərmər parçası kimi hiss olunur.Fibroadenoma süd vəzidə inkişaf edə bilən və adətən qadınlarda meydana gələn bir şiş növüdür. 

Adətən ağrısız olan bu şişlər dəri altında asanlıqla hərəkət edə bilir. Bu şişləri mütəxəssis həkimdən başqa birisi tərəfindən aşkar etmək çox çətindir. Fibroadenomalar gənc qadınlarda ən çox rast gəlinən xoşxassəli süd vəzi şişləri arasındadır.
Zamanla böyüyən və digər orqanlara yayıla bilən süd vəzi xərçəngindən fərqli olaraq, fibroadenoma yayılmır və döş toxumasında qalır. Bu şişlər əsasən 1-2 sm ölçüdədir. Ancaq nadir hallarda 5 sm-dən çox ola bilər. Bu şişlər dərinin altında hərəkət edən mərmər parçası kimi hiss olunur.


Hamiləlik və ya ana südü zamanı fibroadenoma aşkar edilərsə, həkim eyni şəkildə hormon səviyyəsinin normala dönməsini gözləyə bilər.Xəstədə birdən çox fibroadenoma tarixi varsa və bu fibroadenomalar cərrahi yolla çıxarılıbsa, həkim eyni şəkildə yeni fibroadenomaların çıxarılmasını gecikdirə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, keçmişdə ortaya çıxan kütlələrin fibroadenoma olduğu test nəticələri ilə təsdiqlənib.

Fibroadenomanın böyüdüyü hallarda həkim bu kütlənin fibroadenoma olmayacağından şübhələnə bilər və ya fibroadenomanın ətrafdakı toxumalara zərər verməsindən narahat ola bilər. Bu vəziyyətdə fibroadenomaların cərrahi yolla çıxarılması tələb oluna bilər. Fibroadenomaların ölçüsündən, yerindən və sayından asılı olaraq lumpektomiya və ya krioablasiya tətbiq oluna bilər. Kütlənin cərrahi çıxarılmasını nəzərdə tutan lumpektomiy çox sadə əməliyyatdır. Krioablasyon isə cərrahi müdaxiləyə ehtiyac olmadan qabaqcıl tibbi görüntü texnologiyalarından istifadə edilərək daha inkişaf etmiş kosmetik nəticələrin əldə oluna biləcəyi bir müalicə üsuludur.Çox xəstələrin əməliyyatdan sonra rutin nəzarətdən daha çox ehtiyac duymadığı söyləmək olar.
Son olaraq qeyd etmək lazımdır ki, sadə fibroadenomanın olması süd vəzi xərçənginin inkişaf riskini artıra bilər. Mürəkkəb fibroadenomanın mövcudluğunda süd vəzi xərçəngi riski sadə fibroadenoma ilə müqayisədə bir qədər yüksək ola bilər. Hər iki halda şişlər mütəxəssis həkim tərəfindən müayinə edilməli və mütəmadi olaraq təqib edilməlidir.
 

Leave your thought here

Diqər Bloqlar