+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • Sept. 21, 2022

Ginekomastiya Haqqında I Kişilərdə süd vəzi kiçiltmə əməliyyatı

Ginekomastiya nədir?

Ginekomastiya kişilərdə süd vəzilərinin ölçülərinin birtərəfli və ya ikitərəfli böyüməsidir. Bu, vəzi toxumasının böyüməsi və ya sinə nahiyəsində piy toxumalarının depolanması nəticəsində baş verir. Bu, çox zaman xoşxassəli bir patologiyadır, lakin uzun müddət mövcud olduqda döş xərçəngi inkişafı riskini artırır. Məhz buna görə də ginekomastiyanın səbəblərini vaxtında müəyyən etmək və onları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək vacibdir.

Ginekomastiya zamanı bir kişi bədəni qadın bədəni cizgilərini almağa başlayır. Kişilərdə sinə böyüməsi yalnız estetik deyil, həm də tibbi problemdir, çünki bu cür hipertrofiya çox vaxt daxili patoloji proseslərə bağlıdır.

Ginekomastiya növləri:

Ginekomastiyanın 2 növü vardır:

  • həqiqi (stromal və vəzi toxumasının böyüməsi);
  • psevdoginakomastiya (sinədə dərialtı piy toxumalarının səbəbindən böyüyür).

Həqiqi ginekomastiya varsa bu mütləq patologiya var demək deyil, müəyyən bir yaşda fizioloji norma da ola bilər:

  • yeni doğulmuş uşaqlarda (60-90% hallarda; ana bətnində qadın cinsi hormonlarının körpənin orqanizminə keçməsi ilə əlaqədardır; tibbi müdaxiləyə ehtiyac yoxdur, körpənin ilk ayında öz-özünə yox olur);
  • yetkinlik dövründə (13-14 yaşlı oğlanlarda olur; daha çox ikitərəfli olur, yeniyetmələrin reproduktiv sisteminin inkişaf etməməsi səbəbindən baş verir - qadın cinsi hormonlarının kişi cinsi hormonlarından üstünlük təşkil etməsi; adətən müalicə olmadan keçir, bəzən hormonal dərmanların istifadəsini lazım ola bilər. Və ya əməliyyat);
  • yaşlılarda (kişi orqanizmində testosteronun sintezində yaşla bağlı azalma və estrogenlərin üstünlük təşkil etməsinin nəticəsidir).

 

Ginekomastiya birtərəfli və ya ikitərəfli ola bilər.

Kişilərdə döşlərin ikitərəfli böyüməsi, simmetrik (hər iki döş bərabər böyüdükdə) və ya asimmetrik ola bilər (bir vəzi digərindən daha çox böyüyür).

Ginekomastiyanın səbəbləri

Güclü cinsdə olan süd vəziləri kişi və qadın cinsi hormonlarının faiz nisbətinin pozulması və ya toxumaların testosterona həssaslığının azalması səbəbindən ölçüdə böyüyür. Estrogenlərin üstünlük təşkil etməsi nəticəsində süd vəziləri qadın tipinə uyğun olaraq inkişaf etməyə başlayır.

Kişilərdə həqiqi patoloji jinekomastiyanın səbəbləri aşağıdakılar ola bilər:

  • testislərin, hipofiz bezinin, böyrəküstü vəzlərin hormonal aktiv şişləri;
  • hipoqonadizm;
  • hiperprolaktinemiya;
  • metabolik xəstəliklər (hipotiroidizm, zəhərli zob, piylənmə);
  • ağır somatik patoloji (qaraciyər sirozu, HİV, qaraciyər və ya böyrək çatışmazlığı, uzun müddətli pəhrizdən sonra qidalanmanın normallaşması);
  • əzələ kütləsini artırmaq üçün dərman qəbul etmək və ya digər dərmanlar (antidepresanlar, antipsikotiklər, hormonlar və s.).

Ginekomastiyanın simptomları

Ginekomastiyadan əziyyət çəkən kişilər süd vəzilərinin bir və ya hər ikisinin ölçüsündə artımından, onların sərtliyindən və toxunduqda ağrıdan şikayət edirlər. Məmə böyüyür, rəngi tündləşir, həssaslığı artır. Bəzən, məmə ucundan sarımtıl axıntı da  ola bilər.

Əgər ginekomastiya hormonal aktiv bir şiş prosesinin nəticəsində yaranıbsa, tez-tez döşdə ağrılar, sürətli böyümə və içərisində dolğunluq hissi ilə müşayiət olunur. Döş vəzinin böyüməsi ilə yanaşı məmədən qanlı axıntı, dərinin qırışması və kobudlaşması, məmə giləsinin içəri batması və qoltuqaltı limfa düyünlərinin böyüməsi ilə də müşahidə oluna bilər.

Hiperprolaktinemiya ilə əlaqəli patoloji proses kişi cinsi funksiyasının pozulması ilə də nəticələnə bilər (spermanın tərkibindəki dəyişikliklər, erektil disfunksiya).

Süd vəzi xərçəngi nədir? adlı bloqumuza keçid etmək üçün klik edin 

Süd Vəzi Xərçəngi Əməliyyatı adlı videomuza keçid etmək üçün klik edin

Leave your thought here

Diqər Bloqlar