+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • April 20, 2022

Süd Vəzi Xərçənginin X şüaları ilə müalicə üsulu - Radioterapiya

Süd vəzi xərçəngində şüa müalicəsinin faydası varmı?

Xərçəng hüceyrələrinin yüksək enerjili X-şüaları ilə yox edilməsinə şüa müalicəsi deyilir. Radioterapiya süd vəzisi xərçəngi kimi sürətli böyüyən hüceyrələrin yox edilməsində son dərəcə təsirlidir. Bu müalicə sağlam süd vəzisi hüceyrələrinə pis təsir göstərsə də vaxt keçdikcə sağalırlar.

Radioterapiya ayrıca şiş böyüklüyü, tutulan limfa düyünü sayı və cərrahiyyə sərhədlərinin mikroskopik şəklinə bağlı olmaq şərı ilə süd vəzisinin bütünlüklə götürüldütü (mastektomiya) bəzi xəstələrə də tətbiq olunur.

Xərçəng xəstəliyi növlərinin əksəriyyətində bədənin, demək olar ki, hər bir hissəsində radioterapiyadan istifadə edilir.

Xərçəng xəstələrinin yarısına yaxınında radioterapiya tətbiq edilir. Xərçəng xəstəliyinin bəzi növlərində radioterapiya yeganə müalicə vasitəsidir. Radioterapiyanın cərrahiyyə və  dərman terapiyası (“kimyaterapiya”) ilə birgə tətbiqi çox sayda xəstədə tam sağalma əldə etməyə imkan verir.

Radioterapiya bəzən əməliyyatdan əvvəl şişlərin minimallaşdırılması məqsədilə tətbiq edilir. Bəzi şişlərdə isə, əməliyyatdan sonra qalmış xərçəng hüceyrələrinin təmizlənməsi məqsədi ilə tətbiq olunur. Cərrahi əməliyyat zamanı radioterapiyanın tətbiq olunduğu üsullar da var. Cərrahi əməliyyat aparılmadan da radioterapiya və kimyaterapiya xərçəng xəstəliyi növlərinə birbaşa tətbiq edilə bilər.

 

Leave your thought here

Diqər Bloqlar