+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • March 17, 2023

Süd vəzi xərçənginin genetik faktorlarla əlaqəsi

Çox insanın konkret cavab ala bilmədiyi sual – Döş xərçəngi genetikdirmi?

Xeyr, bu xəstəlik genetik xəstəlik hesab olunmur. Amma genetik faktorlardan irəli gələn müəyyən risklər süd vəzi xərçənginə tutulmaq ehtimalını artıra bilər.

Burada diqqət edilməli məqam odur ki, genetik faktorları araşdırarkən də pasiyentin fərdi bioloji xüsusiyyətlərini nəzərdən keçirmək vacibdir.

Genetik amillər – süd vəzi xərçəngi riski

Əgər ailədə, yaxın qohumlarda və s. süd vəzi xərçəngi xəstəsi varsa, bu o deməkdir ki, siz digər risk altında olan qruplardan daha diqqətli olmalısınız, əlamətlərin düzgün dəyərləndirilməsi üçün həkimə müraciət etməlisiniz, ümumiyyətlə, sağlamlığınıza həssas yanaşmalısınız.

Ailəsində süd vəzi xərçəngi keçmişi olan xəstələrin döş xərçənginə yaxalanma riski 12% təşkil edir.

Odur ki, sağlamlığınıza hər daim diqqət edin. Siz süd vəzi xərçəngi əlamətlərindən xilas ola bilmək üçün həm xəstəlik əmələ gətirən digər riskli davranışlar, həm də genetika faktorundan xüsusilə qorunmalısınız.

Sağlam qalın!

 

Leave your thought here

Diqər Bloqlar