
Süd vəzilərində ağrı
Süd vəzi ağrıları niyə olur?
Bədənimiz müxtəlif zamanlarda ətrafdakı təsirlərə reaksiya verir. Hiss etdiyimiz ağrılar bu reaksiyanın nəticəsi olaraq meydana çıxır. Digər orqanlar və toxumalarda baş verən bu proseslər süd vəzilərindən də yan keçmir. Qadın həyatının müxtəlif dövrlərində süd vəziləri fizioloji proseslər səbəbindən dəyişikliklərə uğraya bilər. Bu zaman ağrılar gözlənilməz nəticə olmamalıdır.
Süd vəzi ağrılarının səbəbləri və növləri
Süd vəzi ağrıları səbəblərinə görə müxtəlif xarakterlidir və onlar bu təsnifata görə 3 qrupa bölünür:
- Tsiklik ağrılar. Belə ağrılar qadın orqanizmində hər ay baş verən menstruasiya (aybaşı) ilə əlaqədardır. Hər ay baş verən bu prosesdən öncə döşlərdə şişkinlik, həssaslıq, ağrılar hiss olunur ki, bu, təhlükəli əlamət deyildir.
- Tsiklik olmayan ağrılar. Bu ağrılar süd vəzi xərçəngi kimi toxuma dəyişikliyi ilə əlaqədar yarana bilir. Süd vəzilərində fibroadenoma, kista və s. səbəbi ilə ağrı hissi yaranır. Bu ağrılar təhlükəsiz ağrılara nisbətən dözülməzdir.
- Digər orqanlarla əlaqəli ağrılar. Başqa orqanlar və toxumalar tam sağlam olmadıqda (sinir, əzələ ağrıları və s.) meydana gəlir.
Süd vəzi ağrılarında nə etməli?
Birinci olaraq, ağrının əsas səbəbi araşdırılmalıdır. Səbəbi tapdıqdan sonra müdaxilə metodunu düzgün müəyyənləşdirmək olur. Həkim müayinəsi bu addımın əsas şərtidir. Hətta sadə müalicə metodları ilə ağrıları sonlandırmaq mümkündür.
Süd vəzi xəstəliklərindən qorunmaq üçün bədəninizin ağrı siqnallarına laqeyd yanaşmayın.
Leave your thought here