+994 55 354 79 81 | [email protected] | Mərkəzi Gömrük Hospitalı
  • Jan. 12, 2023

Süd vəzisində kistanın səbəbləri və müalicəsi

Süd vəzisində kista. Süd vəzisində kista içi maye dolu kütlələr olaraq görülür. Süd vəzi kanallarının genişlənməsi və içinə maye dolması ilə əlaqədar meydana gəlir.

Döşlərdə kista niyə olur?

Bir çox qadın bu problemlə üzləşir. Kista yaranmasının səbəbləri arasında hormonal problemlər, qidalanma, psixoloji və xarici faktorlar yer alır. Menstruasiya keçirən zaman (yəni, aybaşı dövründə) bu kistalar böyüyüb-kiçilə bilər.
 

Döşlərdə kistanın olduğunu necə müəyyənləşdirmək olar?

Kistalar çox vaxt əllə müayinədə hiss olunmur. Kista müəyyən böyüklüyə çatdıqdan sonra əl ilə toxunduqda bir qədər hiss oluna bilər. Bəzən kistalar da nisbətən yumşaq ola bilir.

Döşlərdə kista ağrıya səbəb ola bilər? Bəzi qadınlarda aybaşı dövrünə yaxın döşlərdə ağrı hiss olunur. Əslində, bu, qadınların əksəriyyətində görülən durumdur, ancaq bəzən kista əlaməti də sayılır. Kista daha sərtdirsə, ağrı daha çox hiss olunan olur. Hətta çox vaxt sinə qəfəsi, ürək və çiyinlərdə hiss olunan ağrılar da kista əlamətidir.

Döşlərdə kista özü keçib gedərmi? 

Kistalar xəstənin orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqədar böyülüb-kiçilə, arta və ya azala bilər. Kistaların inkişafında ən əsas faktor stress hesab olunur.

Kista mövcud olduqda nə etməli?
Kista və ya başqa kütlələr döşlərdə hiss olunduqda həkimə müraciət edilməli, ultrasəs müayinəsindən keçilməlidir. Mammoqrafiya, başqa radioloji müayinələr vasitəsilə aşkar edilmi kütlənin süd vəzi xərçəngi əlaməti olub-olmadığını dəqiqləşdirmək məsləhət olunur.

Döşlərdə kistanın müalicəsi. Kistalar zərərsiz olduqda müalicəyə ehtiyac qalmır. Lakin hər hansı bir xəstəlikdən qorunmaq üçün həmin zərərsiz kistaların da izlənilməsi və həkim müayinəsindən keçmək vacib əhəmiyyət kəsb edir.

Süd vəzi xərçəngindən qorunmaq üçün həkim müayinəsinin davamlı olmalı olduğunu unutmayın.

Leave your thought here

Diqər Bloqlar