
Xərçəng və hamiləlik
Hamiləlik. Övlad sahibi olmaq istəyən qadınların sağlam və stressiz hamiləlik keçirməsi həm ana, həm də körpə üçün həyati əhəmiyyət daşıyır. Planlanmamış hamiləlikdə xəstəlik əlamətlərinin meydana çıxması və ya uzun müddət seyr edən xərçəng simptomları gözlənilməz nəticələr ortaya çıxara bilər.
Xərçəng və hamiləlik. Xərçəngin körpənin sağlamlığına və xərçəngin əks göstərişlərinin hamilə qalmağa təsiri bir çox insan üçün tam cavabı olmayan suallardandır. Hansı xərçəng xəstəlikləri və müalicə tiplərinin hamiləlik üçün riskli olduğunu bilmək vacibdir.
Hamiləlik nə zaman planlanmalıdır?
Uğurlu keçmiş xərçəng müalicəsindən sonra hamiləlik planlana bilər. Bu zaman həkiminizin diqqət etməli olduğunuz məqamları açıqlaması lazım olacaq. Çünki xərçəng tam müalicə olunsa belə bir müddət sonra yenidən aşkarlana bilər. Ona görə hamiləliyi bir az da təxirə salmaq məsləhətlidir.
Hansı xərçəng xəstəlikləri hamiləlikdə ortaya çıxa bilər?
Hamiləlik dövründə də xərçəng qadınlardan uzaq gəzmir. Xərçəngin xəstəliyinin inkişafına yaş amili çox təsir etdiyindən irəli yaşlarda (yaşlı şəxslərdə) hamiləlik olarsa, bu, risk daşıyan məqamdır. Hamilə qadınlar da süd vəzi xərçəngi, yumurtalıq xərçəngi və başqa xərçəng xəstəliklərinə tutula bilər.
Xərçəng uşağa necə zərər verir?
Xərçəng birbaşa uşağa mənfi təsir göstərə bilməsə də, xərçəng müalicəsi zamanı istifadə olunan dərman və metodlar onun üçün təhlükə daşıyır. Xərçəng diaqnozu qoyulduqdan sonra hamiləliyi yekunlaşdırmaq mütləq deyil, lakin həkim nəzarəti altında olmaq və ya erkən doğuma hazırlanmaq təhlükəni azaldır.
Hamiləlik zamanı xərçəng diaqnozu. Xəstəliyi təyin etmək bəzən çox mürəkkəbləşir. Bu, hamiləlik və xərçəngin əlamətlərinin oxşarlığı və bir-birinə qarışması ilə əlaqədardır. (Məsələn, ürəkbulanma, baş və beldə ağrılar, döşlərdə həcmin dəyişməsi və s.).
Hamiləlik dövründə bütün lazımlı müayinələrdən keçməyinizi tövsiyə edirik. Uşaqlarınız sağlam valideynlərə layiqdir.
Leave your thought here