
Xərçəng xəstələrinə necə dəstək olmalı?
Xərçəng həyatı çətinləşdirən bir xəstəlikdir. Bu diaqnozla həyata davam etmək və nələrdənsə zövq almaq xəstələr üçün asan deyil. İlk növbədə, onların sağalacaqlarına və bunun üçün həm həkimin, həm də xəstənin yaxınlarının birlikdə çalışacaqlarına dair inandırma vacibdir.
Xərçəng xəstəsi yaxınları nə etməlidir?
Xəstə insana qarşı qayğı, sevgi vermə istəyimiz həddindən çox ola bilər. Bunu necə həyata keçirməli olduğunuzu ətraflı düşünməlisiniz. Çünki bəzən xoş bir şeylər etmək istədikdə bunun mənfi nəticəsinin də ola biləcəyini anlamalıyıq. Və ya xəstə həddindən artıq mülayim və mehriban rəftara etiraz edə bilər, bundan qıcıqlana bilər. Çünki o, bəzən düşünür: “Sanki yaxınlarımın, hətta ailəmin də mənə yazığı gəlir. Onlar özlərini məcbur hiss edirlər.”
Əgər xərçəng xəstəsi olan yaxınınız varsa
1. Birinci növbədə, öz zamanınızı planlaşdırmalısınız. Öz işlərinizi təxirə salmadan xəstəyə necə zaman ayıra biləcəyinizi müəyyənləşdirin. Əks halda, yaxşı diqqət göstərə bilməyəcəksiniz.
2. Süd vəzi xərçəngi haqqında ətraflı məlumat əldə etməyə çalışın. Xərçəng nədir, əlamətləri, xəstəyə necə təsir edir? – bu kimi suallara cavab tapın. Lazım olarsa, xəstənin həkimi ilə də söhbət edib ümumi vəziyyəti anlamaq olar. Bunu xəstənin özündən soruşmaq onda aqressivlik yarada və ya canını sıxa bilər. Ən yaxşısı odur ki, süd vəzi xərçəngi xəstəliyi haqqında internetdən və ya mütəxəssis həkimlərdən yardım alasınız.
3. Yaxınınıza qoyulmuş diaqnozun mahiyyətini dərk etməsində dəstək ola bilərsiniz. Vəziyyəti və xəstəliyi qəbullanmaq sonrakı mərhələdə həm xəstəyə, həm də xəstənin yaxınlarına kömək olacaqdır. Ona başa salmaq lazımdır ki, xəstəlik müalicə olunandır, sağalma ehtimalı var, bunun üçün əlinizdən gələni edəcəksiniz. Xəstə sadəcə olaraq əhvali-ruhiyyəsini yüksək tutmalıdır. Bacaracağınıza inanın.
4. Xəstəyə kömək üçün yaxşı dinləyici olmaq lazımdır. Onun ani ruh dəyişkənliklərinə qarşı anlayışlı və səbirlə davranmaq lazımdır. Ona hiss etdirməlisiniz ki, siz onu diqqətlə dinləyirsiniz və diqqətlə dinləməkdə davam edin. Tez-tez zarafatlar etməməyə çalışın.
5. Xəstəyə kömək etmək üçün əgər o da icazə verərsə, yarım qalan işlərini tamamlamaqda yardımçı ola bilərsiniz.
6. Qətiyyən xərçəng əlamətləri və xərçəng xəstələrinin yaşadıqlarından müqayisələr gətirməyin. Nəzərə alın ki, xəstəlik hər fərdə görə başqa cür seyr edir. Bu, yanlış addımdır.
Unutmamaq lazımdır ki, xərçəng xəstələrinin sosial həyatının zərərli olmayacaq dərəcədə davam etdirilməsi vacibdir. Bu şəkildə onlar sağalmaq ümidi ilə yaşaya, xəstəliyin müalicəsində müsbət hallarla rastlaşıla bilər.
Onların yanında olun.
Leave your thought here