Mahmudov Vüqar Cəsarət oğlu 01.04.1981-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 14 saylı orta məktəbdə orta təhsilini almış, 1998-ci ildə Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olmuşdur. 2004-2005-ci illərdə A. T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserində internatura kursu, 2006-2008-ci illərdə RF.Kazan şəhəri Tibb Universitetinin Onkoloji Kafedrasında Ordinatura kursu kecmişdir. 2009-2012-ci illərdə ATU Onkoloji Kafedrasında Aspirantura kursu keçmiş, həkim-aspirant kimi fəaliyyət göstərib, elmi -tədqiqat işləri ilə məşğul olmuşdur. 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universiteti İstanbul Tibb fakültəsində 'süd vəzi üzrə təkmilləşmə kursu' keçmiş və süd vəzi onkoplastik cərrah kimi təkmilləşmişdir. 2014-2015-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul şəhərində Şişli Memorial xəstəxanasında süd vəzi üzrə onkoplastik cərrah kimi fəaliyyət göstərib. 2015-ci ildən hazırki dövrə kimi isə Mərkəzi Gömrük Hospitalında onkoloq - mammoloq, süd vəzi üzrə onkoplastik cərrah kimi fəaliyyət göstərir .
.
Müştəri məmnuniyyəti